RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Qızların Yüksəlişi” (Girl Rising) adlı filminin nümayişi

391

YARAT Müasir İncəsənət Mərkəzi 13 oktyabr 2015-ci il tarixində sizləri Riçard Robbins rejissorluq etdiyi “Qızların Yüksəlişi” (Girl Rising) adlı filminin nümayişinə dəvət edir.

Filmin nümayişi YARAT Film Klubunun çərçivəsində təşkil ediləcək və sual-cavab sessiyası ilə davam edəcək.

Akademiya Mükafatının nominantı olan rejissor Riçard Robbins “Qızların Yüksəlişi” (Girl Rising) adlı filmində 9 ölkənin 9 qeyri-adi qızı haqqında 9 görkəmli yazıçının hekayələrini 9 məşhur aktrisanın ifası ilə təqdim edir. Qismətlərinə məcburi ərə verilmə, uşaq köləliyi və sair ürəkağrıdan ədalətsizliklər düşsə də, bu qoçaq qızlar bütün çətinliklərə ümid və inadla sinə gərirlər. İnsan ruhunun qüdrətini nümayiş etdirən bu əhvalat bariz şəkildə onu göstərir ki, təhsilin gücü ilə bu dünya mütləq dəyişəcək.

Riçard E. Robbins amerikalı rejissor və sənədli kino müəllifi, ABC və PBS üçün çəkdiyi bir sıra sənədli filmin rejissoru və prodüseri olmuşdur. Bunların arasında ən çox “Evə qayıdış əməliyyatı: müharibə təcrübəsi haqqında yazılar” (Operation Homecoming: Writing the Wartime Experience) filmini qeyd etmək lazımdır. Həmin film Amerika əsgərlərinin İraqda xidmətini bitirib evə qayıtmaq kimi gələcək zərurətdən bəhs edir. Bu filmə görə Robbins 2008-ci ilin yanvarında Akademiya Mükafatının və iki dəfə “Emmi” mükafatının nominantı adını qazanmışdı, Beynəlxalq Sənədli Kino Assosiasiyasının və Amerika Rejissorlar Gildiyasının mükafatları ilə təltif olunmuşdu. Robins, həmçinin, tanınmış prodüserdir, “Peter Jennings Reporting” seriyalının bir neçə seriyasına prodüserlik edib.
Vaxt:  13 oktyabr saat 19:00
Film ingiliscə nümayiş etdiriləcək.
YARAT Müasir İncəsənət Mərkəzində (Dövlət Bayrağı Meydanı yaxınlığında)
Giriş pulsuzdur

12049419_901028239965312_4319772601587428873_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı