QLADİATOR DEBATLARININ ŞOU-DEBATI

QNM layihəsi və QD-nin il dönümünə həsr olunmuş QLADİATOR DEBATLARININ ŞOU-DEBATI

18 Noyabr saat 14:30-da Axın İctimai Birliyinin təşkilati dəstəyi ilə sizi dünyanın heç bir yerində görmədiyiniz modeldə şou-debat izləməyə dəvət edirik. 2013-cü ildə AzGF-nin dəstəyi ilə həyata keçirilən Qladiator Natiqlik Məktəbi layihəsinin ildönümü və Qladiator Debatlarının 2 yaşı münasibəti ilə #gladebatorlar QD-nin 1-1-1 modelində şou-debat oynayacaqlar.

QLADİATOR DEBATLARI NƏDİR?

Qladiator Debatları – nəinki Azərbaycanın, eləcə də Türk xalqlarının, Müsəlman dünyasının və bütün Şərqin ilk milli debat formatıdır. Format adından da göründüyü kimi antik Romanın Qladiator döyüşlərinə improvizasiya edilmişdir. Dünyada dövlət aparatının 3 fərqli institutu – prezident, parlament və məhkəmə institutları əsasında qurulmuş debat formatları vardır: Linkoln-Duqlas Debatları (LD), Parlament Debatı və “Street Law” Debatı (SLD). Lakin, bu günə qədər dövlət aparatının mühüm strukturu olan ordu təsisatı əsasında qurulmuş debat formatı yox idi. Beləliklə, QD dünyada hərbi üslubda qurulmuş ilk debat formatıdır.

Dünayanın heç bir yerində görünməyən 3 nəfərin bir-birinə qarşı məntiq və natiqlik döyüşü sizə nümayiş olunacaq.

Şou-debatın mövzusu:
“FƏRDİN ŞƏXSİ İNKİŞAFINDA QƏRB DƏYƏRLƏRİ DAHA EFFEKTİVDİR, YOXSA ŞƏRQ DƏYƏRLƏRİ ?”

Şou-debatın sumarisi (hakimi):
Şərqin ilk 2 milli debat formatının konstrukturu, müxtəlif debat formatları üzrə 7 illik təlimçilik fəaliyyətinə mailk, eləcə də Qladiator Debatları formatının konstruktoru
Həbib Heydər

İştirakçılar:
Reatlius (pozitiv mövqe)- Lale Musayeva
QNM layihəsinin superfinalçısı və 3-cüsü

Secutor (negativ mövqe)- Arzu Deniz (Arzu Nəbizadə)
QNM layihəsinin iştiarkçısı və SDU-nun QD əsasında təsis edilmiş Ritorika Universal Klubunun sədri

Scissor (alternativ mövqe)- Ulya Raxmanova (Ülviyyə Rəhmanova)
QNM layihəsinin superfinalçısı və 2-cisi

İştirak etmək istəyənlər [email protected] ünvanına ad, soyad, təhsil aldığı yer və Facebook profilinin linkini yazaraq qeydiyyatdan keçə bilərlər.