RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Qlobal marketinq strategiyalari, biznes modelləri” adlı təlim

524

Əziz dostlar! ATGTİ-nin Beynəlxalq Əlaqələr departamenti “Qlobal marketinq strategiyalari, biznes modelləri” adlı təlim təşkil edir.

Təlimin mövzuları:
-Biznes model nədir? Nəyə lazımdır?
-Biznes strategiyası nədir? Biznes modeldən necə fərqi nədir?
-Biznes model necə yaradılır?
-Yeni məhsul necə yaradılır?
-Biznes modelə uyğun marketinq strategiyaları

Təlimçi haqqında: Anar Bayramov
Tanınmış biznes təlimçi, biznes konsultant, biznes bloqçu olan Anar Bayramov bir çox şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır. Bu şirkətlərə Azgranata, ORO Mebel, Müller İnteryer, İdea və s. aiddir. Hazırda DəmirBank ASC-nin Marketinq Departamentinin Direktorudur. Eyni zamanda, İqtisad Universitetinin MBA proqramında Menecment fənnini tədris edir.
Praktiki markeqtinq təlimləri olan Marketing AIR-in, FMR Marketing TV-nin, Milli Marketinq Forumunun (MMF) təsisçilərindən biridir.
“Biznes nə istəyir?” (Bakı-2015) və “Biznes və Menecmentin Əsasları” (Bakı-2011) kitablarının müəllifidir.

Təlimdə iştirak etmək üçün qeydiyyat mütləqdir:
Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/1nLX-GYavb2NW3aBFdGqQ6DOL651lmSMU8wnVoTh3TBA/viewform

Tarix: 17.10.2015 saat 11:00
Ünvan: 28 May küçəsi 9/13 (23 nömrəli məktəblə üzbəüz)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı