“Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

“Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Dialoq.info AMEA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə noyabrın 25-də Hilton otelində “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Məqsəd qlobal su çatışmazlığı probleminin aradan qaldırılması və su resurslarından səmərəli istifadənin həlli yollarının axtarılıb tapılması, su ehtiyatlarının inteqrasiya yolu ilə idarə olunması, transsərhəd su resurslarının istifadəsində və qorunmasında birgə əməkdaşlıq, sudan siyasi məqsədlərlə istifadə və s. məsələlərin müzakirəsidir.

Konfransa ABŞ, Kanada, İngiltərə, Türkiyə, Serbiya, Misir, Bosniya, Portuqaliya, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən olan alim-mütəxəssislər qatılacaqlar.