Qobustanda ümumi məhsul buraxılışının həcmi 4,8 faiz artıb

Qobustan rayonunda 2019-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlərə həsr olunan hesabat yığıncağı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hesabat məruzəsində, eləcə də çıxışlarda regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən bitkiçiliyin, heyvandarlığın inkişafı, sosial layihələrin icrası istiqamətində ciddi tədbirlər görüldüyü, uğurlu nəticələr qazanıldığı diqqətə çatdırılıb. Belə ki, ilin ilk üç ayında rayonda 37 milyon 352 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bunun 30,2 faizi istehsal sahələrinin payına düşür. Ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 4,8 faiz artıb. Bu artım kənd təsərrüfatında 0,4, tikinti sektorunda 53,5, nəqliyyat sektorunda 3,9, informasiya və rabitə sektorunda 8, ticarət sektorunda isə 3,5 faiz təşkil edib.

Hesabat yığıncağında diqqətə çatdırılıb ki, 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramında Qobustan rayonu üzrə 16 layihənin icrası nəzərdə tutulub. Bu tədbirlərdən artıq 7-nin icrasına başlanılıb.

Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı sahəsində görülən işlər, habelə həllini gözləyən məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov yığıncaqda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından, qazanılan böyük uğurlardan, habelə qarşıda duran konkret vəzifələrdən danışıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here