Qoy, mən ölüm !

Dialoq.info Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Pirəli Nurtacın şeirini təqdim edir

 

Qoy, mən ölüm

 

Qoy, mən ölüm,bu payız axşamı

Dəfn etsin özgələr,yaxınlardan xəbərsiz,

Yusun səmaların yağışları

Cənazəmi torpaq üstdə

İsdəmirəm həqiqəti,

Həqiqətdə yalanları.

Qoy, ölüm,bu payız axşamı

Tellərimi külək daramadan,

ŞaxTa,sazaq məni yandırmadan

həqiqətə çevrilməyən arzularım

Məndən əvvəl qoy ölməsin!

illərimi itirmədən,

saçlarımı bu dünyanın kədərində ağartmadan

Qoy, mən ölüm,bu payız axşamı

Istəmirəm yaşamağı,

ikiüzlü insanları,

halalına haramları qatanları,

itgin,süzgün baxışları,

bu dünyanın yalanını həqiqətə qatanları,

əyrini düz bilib,öz ürəyini satanları,

pulu insanlıqdan üstün tutanları,

qoy görməyim.

Qoy, ölüm mən, bir yad payız axşamı