Qulam İshaqzai: Azərbaycanda qadınların rəhbər vəzifələrdə daha çox təmsil olunması üçün iş aparılmalıdır

Qadınlara qarşı zorakılıq Azərbaycan da daxil olmaqla, bütün dünyada baş verir. Trend-in məlumatına görə, bunu “Qadınlara və qızlara qarşı zorakılığa son” adlı 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.

Onun sözlərinə görə, zorakılıq bütün cəmiyyətin utanc yeridir: “Biz bu halda inkişafa nail ola bilmirik. Biz zorakılıqla mübarizə aparmalıyıq. Qanunvericilikdə qadın və kişilərin sayı bərabərdir. Amma real həyatda bunu hər zaman görmürük”.

Qulam İshaqzai əlavə edib ki, Azərbaycanda qadınlar səhiyyə, təhsil sahələrində çox təmsil olunurlar. Amma onların rəhbər vəzifələrdə daha çox təmsil olunması üçün iş aparılmalıdır: “Qadınlar daha yüksək vəzifələrə çəkildikcə, onların elmi dərəcələri artdıqca hesab edirik ki, qadınlar ailələrindən uzaqlaşırlar. Amma belə bir münasibət qısqanclıqdan doğur”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here