Qurban Qurbanov: Hər iki komandanın mərhələ keçmək gücü var

BATE klubu nəticə qazanmağı bacaran komandadır. Sabah işimiz heç də asan olmayacaq. Ancaq oyuna ciddi hazırlaşmışıq.

Bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Belarusun BATE klubunu qəbul edəcək Ağdam təmsilçilərinin baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında bildirib.

“Vacib oyuna çıxacağıq. BATE Çempionlar Liqasında böyük təcrübəsi olan komandadır. Neçə illərdi stabil olaraq avrokuboklarda çıxış edir.

İlk oyun həmişə çətin olur. Həddən artıq diqqətli olmalıyıq. Biz nə qədər qalib gəlmək istəyiriksə, rəqib də bu fikirdədir. BATE bizdən aşağı səviyyədə deyil. Hər iki komandanın mərhələ keçmək gücü var. Çalışacağıq səhvsiz oynayaq”,- Qurban Qurbanov vurğulayıb.

Qeyd edək ki, görüş avqustun 7-də Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here