Qurban Qurbanov: “Kəpəz”in futbolçusuna həmin epizodda hakimə penalti olmadığını dediyinə görə minnətdaram

Gəncədəki oyunlarmız həmişə ağır olub. Çətin qələbə qazandıq. Qələbə qazansaq da, oyundan tam razı deyiləm. Ola bilər ki, futbolçularda yorğunluq var idi.

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının XI tur matçından sonra keçirilən mətbuat konfransında bildirib.

Qurban Qurbanov deyib: “Kəpəz”in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm. O, necə ədalətli insan olduğunu göstərdi və həmin epizodda hakimə penalti olmadığını dedi.

Qeyd edək ki, oyunun 27-ci dəqiqəsində “Kəpəz”in hücumu zamanı “Qarabağ”ın qapıçısı İbrahim Şehiçlə təkbətək çıxan Viktor Oseqeyl yerə yıxılıb. Baş hakim Rəhim Həsənov əvvəlcə penalti nöqtəsini göstərib və hətta qapıçını sarı vərəqə ilə cəzalandırıb. Lakin qonaq komandanın etirazından, nigeriyalı hücumçunun həmin epizodda penalti olmadığını bildirməsindən, eləcə də köməkçiləri ilə məsləhətləşdikdən sonra hakim qərarını dəyişdirib və penalti qərarını ləğv edib.

Xatırladaq ki, bu gün keçirilən həmin oyunda Ağdam təmsilçisi Gəncədə “Kəpəz”ə qalib gələrək 25 xalla çempionatın lideri olub. Hesabında 24 xal olan “Zirə” ikinci yerdədir. “Qəbələ” 22 xalla üçüncü pillədə qərarlaşıb. Turnir cədvəlində digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (16), “Neftçi” (13), “Səbail” (9), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here