“Qürur mənbəyimiz” adlı tədbir keçirilib

İstiqlal Muzeyində “Qürur mənbəyimiz” adlı musiqili bədii tədbir təşkil olunub. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının qəbul edilməsinin 100-cü ildönümü münasibətilə keçirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

Diqqətə çatdırılıb ki, ölkə bacısının 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Tədbirdə Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin tələbələrinin hazırladığı musiqili bədii proqram maraqla qarşılanıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here