Rəqəmsal dövlətin problemləri müzakirə olunacaq

Oktyabrın 24-dən 25-dək Şimali Kipr Türk Respublikasının paytaxtı Nikosiya şəhərində yerləşən Kipr Beynəlxalq Universitetində rəqəmsal dövlət üzrə 19-cu Avropa konfransı (19th European Conference on Digital Government) keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda rəqəmsal dövlətin çoxaspektli problemləri ətrafında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Məqalələr aprelin 19-dək qəbul edilir. Konfransın materialları “Web of Science” bazasında indeksləşəcək.

Təqdim olunan tezislərin geniş formalarının “The Electronic Journal of eGovernment” və “The Journal of Information, Communication and Ethics in Society” jurnallarında dərc edilməsi nəzərdə tutulur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here