“Rəqəmsal Marketinq və Məzmun Mütəxəssisi” vəzifəsinə vakansiya

“Rəqəmsal Marketinq və Məzmun Mütəxəssisi” vəzifəsinə vakansiya

Medistyle Psixinevroloji Sağlamlıq Mərkəzində “Rəqəmsal Marketinq və Məzmun Mütəxəssisi” vəzifəsinə vakansiya elan olunur.

Bu vəzifəni tutacaq şəxs marketinq komandasının aparıcı üzvlərindən biri olub, brend haqqında məlumatın artırılması üçün yaradıcı və anlaşılan yazılı məzmunların hazırlanmasından məsul olacaq.

Dialoq.info-nun məlumatına görə, namizədin Rus və Türk dillərindən Azərbaycan dilinə yüksək səviyyədə tərcümə qabiliyyətinə malik olması şərtdir. Bununla yanaşı Azərbaycan dilindən Rus dilinə mükəmməl tərcümə qabiliyyətinin olması da zəruridir.

Bu vəzifədə işləyəcək şəxsin tərcümə ilə yanaşı internet, sosial media, çap materialları və digər reklam vasitələrində Azərbaycan dilində yayımlanacaq məzmunu sərbəst şəkildə hazırlamaq və redaktə etmək qabiliyyətinə malik olması vacibdir.

Səlahiyyətlər
• İnternet səhifəsi, sosial media, çap materialları və digər reklam vasitələrində istifadə olunacaq anlaşılan və aydın dildə Azərbaycan dilində yazılı məzmunlar hazırlamaq, redaktə və korrektə etmək.
• Rus və Türk dillərindən Azərbaycan dilinə, həmçinin Azərbaycan dilindən Rus dilinə tərcümə işlərini həyata keçirmək və bu təcümələri hədəf auditoriyanın anlayacağı formada redaktə etmək.
• İnternet səhifəsi və sosial media hesabları üçün məzmun kalendarını hazırlamaq və onun icrasını həyata keçirmək.
• Brendin sosial media (Facebook, Twitter, YouTube) hesablarını idarə etmək və hədəf auditoriyaya müvafiq olaraq yazılı, foto və video məzmunları yükləmək.

Tələb olunan bilik və bacarıqlar
• Psixologiya, sosiologiya və ya digər humanitar fənlərdən birindən Bakalavr dərəcəsinə malik olmaq.
• Rus və Türk dillərindən Azərbaycan dilinə mükəmməl yazılı tərcümə qabiliyyətinə malik olmaq.
• Azərbaycan dilindən Rus dilinə yüksək səviyyədə yazılı tərcümə etmək bacarığına sahib olmaq.
• Təşəbbüskar, disiplinli və həvəsli olmaq.

“Rəqəmsal Marketinq və Məzmun Mütəxəssisi” vəzifəsi üçün nəzərdə tutulmuş aylıq xalis əmək haqqı 300 AZN-dir.

Maraqlanan şəxslərdən tərcümeyi hallarını (CV) subject bölməsində “Rəqəmsal Marketinq və Məzmun Mütəxəssisi” yazaraq psixonevrolojimerkez@gmail.com ünvanına göndərmələri xahiş olunur.