“Rəssamlıq Kursu” fəaliyyətə başlayacaq (Ödənişsiz)

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyində şəkil çəkməyə həvəsi olan, lakin peşəkar çəkməyi bacara bilməyən, rəsm çəkməyin sirrlərini öyrənmək istəyən gənclərimiz üçün “Rəssamlıq Kursu” fəaliyyətə başlayacaq.

Dialoq.info xəbər verir ki,kursun təşkilində əsas məqsəd rəssamlığa marağı olan gəncləri bir araya toplamaqla onların məşğulluğunun təmin edilməsi və  bu sahəyə olan qabiliyyətlərinin inkişaf etdirilməsindən ibarətdir.

Kurslarda iştirak üçün ərizə formasını tamamlayıb qeydiyyatdan keçmək vacibdi.

QEYD: Qeydiyyat üçün son müraciət tarixi 10/11/2014-cü ildir.

Əlavə məlumat üçün Birliyin ofisinə müraciət edə bilərsiniz.

Ünvan: Gəncə şəh, Vaqif küç.135. (köhnə şahmat məktəbinin binası)
Tel/fax: +(994 22)2568015,
E-mail: [email protected];