Rəssamın xatirəsinə həsr edilmiş sərgi açılacaq

Dekabrın 5-də İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında tanınmış rəssam və rejissor Nazim Məmmədovun xatirəsinə həsr edilmiş sərgi açılacaq. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib: “Nazim Məmmədovun adı Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyanın inkişafına əvəzsiz töhfələr verib. O, rəngkarlıq, qrafika janrı ilə məşğul olmaqla yanaşı, uşaq kitablarına illüstrasiyalar çəkib. Dekabrın 10-dək davam edəcək sərgidə sənətkarın seçilmiş əsərləri nümayiş olunacaq”.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here