Rəssamlıq Akademiyasında həvəskar rəssamın sərgisi açılacaq

Noyabrın 17-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində həvəskar rəssam Cəmilə Piriyevanın “Karma” adlı ilk fərdi sərgisi açılacaq.

Sərgidə gənc rəssamın 40-dək sənət əsəri nümayiş olunacaq. Sərgidə nümayiş ediləcək rəsmlər fırça ustasının birillik yaradıcılığının bəhrəsidir.

Rəssamın yaradıcılığında müxtəlif mövzu və janrlara aid əsərlərə rast gəlmək olar. C. Piriyeva əsasən abstrakt, portret, sürrealizm və illüstrasiya janrlarında işlədiyi tabloları xüsusi maraq doğurur. “Sevginin rəngləri”, “Eşq şərabı”, “Soyuq əllər” və digər əsərləri rəssamın özünəməxsus poetik ruhunu əks etdirir. Onun yaratdığı portret nümunələri – “Susmuş qadın”, “Məsum qadınlar” və “Çobanyastığı ilə qadın” da fərqliliyi ilə seçilir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here