Ramil sanchez – Sənində qələmin var

Ramil sanchez – Sənində qələmin var

Ramil sanchez

Sənində qələmin var

Onlar

Şeir

Bəziləri yaşamadan ölər.
Bəziləri də yaşlanmadan.
Amma bəzi yaşlanmayanlar.
Yaşamadan ölənlərdən fərqli

Daha çox yaşıyarlar.
Kimdir bu yaşayanlar?
Onlar bilir bir yetimi güldürməyi.
Onlar bilir bu həyat müvəqqəti.

Onlar sevmir tapmaqçün cənnəti.
Sevirlər tapmaqçün xoşbəxtliyi.
Sevirlər sevməkçün sevməyi.
Onlar etmir yaxşılığı minnətli.

Aralarında yox heç kim nifrətli.
Onlarçün mənası yox kağızların.
Mənası yox nə irqlərin,nə dinlərin.
Təbəssümləri kasad,

Sevgiləri miskin deyil onların.
Sevincləri aşıb-daşar coşğun dənizlər tək.
Onlar bilir həm gülməyi,həm güldürməyi.
Var hər kədərə yox deyəcək gülüşləri.

Bir də bu həyatda var yaşadanlar.
Və əslində daha çox yaşayanlar
Yaşatmağı bilənlərdir.
Miras olaraq sevgilərlə gedənlərdir