Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Ramiz Yaqub oğlu Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsinə baxılıb.

Layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Layihədə Ali Məhkəmənin hakimi səlahiyyətlərinin müddəti 2018-ci ilin fevralın 25-də bitən Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsinə baxılması tövsiyə edilib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, qərar fevralın 25-də qüvvəyə minəcək.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here