RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

`Real`dan Neymara ağlasığmaz təklif

367

İspaniyanın RealklubuBarselona`nın hücumçusu Neymara ildə 35 milyon avro ödəməyə hazırdır.

Bu barədə AzVision.az Sport.es-ə istinadən xəbər verir.

Məlumata əsasən, 24 yaşlı braziliyalının kral klubunun heyətinə qatılmasında Madrid komandasının prezidenti Flarentino Peresin özü şəxsən maraqlıdır. Real rəhbərliyi Neymara illiyi 35 milyon avro olmaqla, 5 illik müqavilə təklif etməyə hazırdır. Kral klubu Neymarın keçidini tezləşdirmək məqsədilə futbolçunun agenti olan atasına da əlavə olaraq 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Neymar 2013-cü ildə Barselonaya keçib. Hazırda o, müxtəlif turnirlərdə 25 oyunda Barselonanın heyətində meydana çıxıb və 20 qol vurub. 2018-ci ilin yayında Barselona ilə müqaviləsi bitən Neymarı transfer etmək üçün Kataloniya klubuna 190 milyopn avro ödənilməlidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı