Red Bull Paper Wings – Azerbaijan 2015

Dünya Kağız Təyyarəsi Yarışması geri döndü!

Sadəcə bir kağız vərəqi, çoxlu ideyalar, güclü və ya bacarıqlı əllər və sağlam miqdarda optimizmlə siz idman tarixində iz qoya bilərsiniz. İştirak asan ola bilər, lakin Red Bull Paper Wings-də qalibliyi əldə etmək tamamilə başqa məsələdir. Sizdən tələb olunan sadəcə kağız təyyarəni QATLAMAQ, onu ən uzağa, havada ən uzun müddətə qalacağı və ya ən aerobatik şəkildə UÇURMAQ və 8-9 May, 2015-ci ildə Avstriyada, Hangar 7-də keçiriləcək Dünya Finalında iştiraki QAZANMAQdır.

QEYDİYYAT BAŞLADI! – http://bit.ly/1Ky6Gzb
Seçim mərhələlərin keçəcəyi universitetlər:

Azərbaycan Texniki Universiteti – 1 Aprel
Azərbaycan Dövlət İqtisad Universiteti – 2 Aprel
Bakı Slavyan Universiteti – 3 Aprel
Milli Final – 4 Aprel

Seçimlər – http://bit.ly/1A4eA94

Qısaca qaydalara nəzər salaq:

-Hər bir tələbə Red Bull Paper Wings yarışmasında iştirak edə bilər.
-Tələbə deyilsinizsə, iştirak edə bilməzsiniz.
-İştirakçılar 3 kateqoriya üzrə mübarizə aparacaqlar:
1) Ən uzun məsafə
2) Ən çox havada qalma vaxtı
3) Aerobatik fəndlər

Qaydalar (ətraflı) http://bit.ly/1G6VliM

Hər kateqoriya üzrə 10 ən yaxşı nəticə göstərən iştirakçı, Milli Finala keçid qazanır.

Kəmərləri bağlayın, biz uçuruq!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here