Region Gənclərinin Bilik və bacarıqlarının artırılması məqsədi layihə həyata keçirilmişdi

Gənc İnsan Hüquq Müdafiəçiləri İctimai Birliyi German Marshal fondunun maliyyə dəstəyi ilə Region Gənclərinin Bilik və bacarıqlarının artırılması məqsədi ilə uzunmüddətli layihə həyata keçirmişdir. Layihənin əsas məqsədi seçilmiş regionlarda müəyyən edilmiş gənclər qrupunun bacarıqlarının mentorluq metodu ilə inkişaf etdirilməsi olmuşdur. Şəki, Gəncə, Quba regionlarını əhatə edən layihədə iştirak edən gənclər layihələrin hazırlanması, proqram idarəçiliyi, fondlarla iş təcrübəsinin formalaşması və ictimai vəkillik mövzularında təlimlərdə iştirak etdilər. Təlimlərdə gənclərin təşəbbüslərinin dəstəklənməsi və onların layihələrin icrasına yönəltmək məqsədi ilə eyni zamanda Azərbaycan Gənclər Fondu haqqında məlumatlandırma da aparılmışdır. Layihənin nəticəsi olaraq gənclər yerli təşəbbüslərin həyata keçirilməsi ilə bağlı məlumat əldə etdilər və bir qrup gənc yeni birliklərin formalaşması üçün şəbəkələşmək sahəsində təşkilatımıza müracət etmişdir. Hal-hazırda təşkilatımızın hüquqşünasları sənədləşmənin daha sürətli olması üçün işlər görürlər.