RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Regionlarda gənc sahibkar və fermerlərin bacarıqlarının artırılması

489

Azərbaycan Respublikası Prezdenti yanında Gənclər fondunun dəstəyi ilə Gənclər Dayaq və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən Şəki və Lənkəran şəhərlərində sahibkarlıq və fermer fəaliyyətinə başlamaq istəyən gənclərin biznesə dair biliklərinin artırılması məqsədilə Beynəlxalq Əmək Təşkilatının “Öz Biznesini Başla və Təkmilləşdir” (ÖBBT) proqramına əsaslanaraq gənclər üçün “Biznes İdeyası Yarat” və “Öz Biznesini Başla” təlimləri keçiriləcək. Təlim zamanı hər rayon üçün 6 gün nəzərdə tutulur

ÖBBT proqramı
– Kiçik və orta sahibkarlığı inkişaf etdirməklə iqtisadiyyatın güclənməsini stimullaşdırılmaq;
– Kiçik və orta sahibkarlığa yardım üzrə milli proqramlara dəstək olmaq;
– Sahibkarlıq fəaliyyətində kişi və qadınlara bərabər imkanlar yaratmaq
məqsədilə aşağıdakı təlimlərin keçirilməsini nəzərdə tutur:
– Biznes İdeyası Yarat
– Öz Biznesini Başla
– Öz Biznesini Təkmilləşdir

Təlimlərdə iştirak etmək istəyənlərdən təqdim olunan ərizə formasını doldurmaları xahiş olunur . Əlavə məlumat almaq üçün [email protected] email ünvanı ilə və ya 0554974169 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeydiyyat üçün son müddət:
Şəki şəhərində: 23.10.2015
Lənkəran şəhərində: 07.11.2015
QEYD: Təlimlərdə yalnız Şəki və Lənkəran gəncləri iştirak edə bilər

Qeydiyyat üçün əzirə forması:

https://docs.google.com/forms/d/1mvEaQxZY0beYbouGeiDvs5yMEKbkV5h0bCfnh6MUqgM/viewform

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı