Rektor: “BDU-da yüksək bal toplayan tələbələr I kursdan etibarən elmi iş yazırlar”

“Bakı Dövlət Universitetində bu ildən etibarən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələr I kursdan elmi iş yazmağa başlayıblar”.

BDU-nun rektoru Abel Məhərrəmov II Azərbaycan Elm Festivalının açılış mərasimində deyib.

Onun sözlərinə görə, bununla elmlə təhsilin vəhdəti təmin edilir: “Bu, təhsilin elmə inteqrasiyasını daha da gücləndirir. Təbii ki, 600-dən aşağı bal toplayanlar bu məsələdə sərbəstdirlər. Lakin 600-dən yüksək bal toplayanlara nisbətən 600-dən aşağı bal toplayanlar buna daha çox həvəs göstərirlər”.

 

report.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here