RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Rəsmi Bakı: Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir

26

Ermənistanın Azərbaycana müharibə elan etməsi onun münaqişə tərəfi olduğunu açıq şəkildə göstərir.

Bunu  sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistanın baş naziri tərəfindən ziddiyyətli və biri digərini inkar edən bəyanatlar verilməkdədir:

“Şant 2018” hərbi təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana müharibə elan etməsi və bunu ölkənin parlamentinin rəsmi internet səhifəsində yerləşdirməsi Ermənistanın münaqişə tərəfi olmasının növbəti və açıq göstəricisidir”.

O bildirib ki, Ermənistan rəhbərliyi öz əməlləri ilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda iştirakı ilə bağlı iddiasının cəfəngiyyatdan başqa bir şey olmadığını sübut edir.

Trend

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı