- Mən 100 insanın zəhmətinin 1%-dən gəlir əldə etməyi daha üstün tutardım, nəinki təkcə öz zəhmətimdən 100% gəlir.
-
Bütün günü işləyən insan, heç zaman pul qazana bilməz.
-
Özünüzə reputasiya qazanın və o, sizin üçün işləyəcək.
-
İnadkarlıq sayəsində hər şey, istər yaxşı olsun ya pis, istər düzgün olsun ya yanlış, sizin üçün əlçatan olacaq.
-
Biznes üzərində qurulmuş dostluq, dostluq üzərində qurulmuş biznesdən daha yaxşıdır.
-
İnsanlarla rəftar etmək bacarığı bir məhsuldur – necə ki qəhvə və ya şəkəri bazardan almaq mümkündür, eləcə də bu məhsulu orda ala bilərsən … və mən belə bir bacarığa görə dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram.
-
Zarafat etməyi və borc almağı qəfil etmək lazımdır.
-
Əgər sizin yeganə məqsədiniz varlı olmaqdırsa, onda siz heç zaman ona nail ola bilməyəcəksiniz.
-
Mənə düşünən deyil, işləyən xalq lazımdır.
-
Pul qazanmağın üsulu odur ki, küçələrdə qan töküldüyü vaxtda almağı bacarasan.
-
Məndə bir duyğu var ki, mən ona görə uğur qazanır və hər yerdə gəlir əldə edirdim ki, çünki Allah bilirdi ki, mən bunun qarşılığını tam ödəyəcəyəm.
-
Yaxşı idarəetmə üsulu özünü ondan göstərir ki, orta səviyyəli insanlara yüksək səviyyəli peşəkarların işini necə görməyi göstərə biləsən.
-
Mən həmişə hər bir uğursuzluğu yeni bir imkana çevirməyə çalışmışam.
-
Mən yəqin ki, işə daha çox təşəbbüskar olan insanı götürərdim, nəinki hər şeyi biləni.
-
Mən düşünmürəm ki, istənilən bir peşə sahəsində istənilən növ uğur qazanmaq üçün hər hansı bir digər keyfiyyət inadkarlıq qədər vacib olsun.
-
Mənim fikrimcə bütün gününü və özünü bütünlüklə pul xətrinə pul qazanmağa sərf edən insan qədər cılız və yazıq məxluq yoxdur.
-
Mən heç zaman həyatda hansı mövqe tutacağımı və nəçi olacağımı təxmin etmirdim, amma həmişə bilirdim ki, böyük bir işdən ötrü doğulmuşam.
-
Böyük xərclərdən qorxmaq lazım deyil, qorxmalı olduğunuz kiçik mənfəətlərdir.
-
Bilirsiniz, həyatda mənə ən çox zövq verən nədir? Sərf etdiyim əməyin necə divident gətirdiyini görmək.
-
Sizin rifahınız özünün verdiyi qərarlardan asılıdır.
Mənbə: Banker.az
