Ronaldu cari mövsümün sonunda “Real Madrid”dən ayrılacaq

“Real Madrid” futbol klubunun hücumçusu Kriştianu Ronaldu cari mövsümün sonunda komandanı tərk edəcək.

Xarici KİV-lər  xəbər verir ki, forvard qərarını klubun prezidenti Florentino Peresə də bildirib.

Ancaq klub rəhbərliyi portuqaliyalı futbolçunun gələn ilin iyununda komandadan ayrılmasına razı deyil.

Forvard Madrid klubunun ona təklif etdiyi yeni müqavilədən də imtina edib.

Ronaldu “Real Madrid”in PSJ-dən Kiliana Mbappe və digər məşhur hücumları heyətinə qatmağa cəhd etməsini, özünə hörmətsizlik kimi qəbul edir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here