Kitab: Rüfət Əhmədzadə “Adım anonim qalsın” (pdf faylı)

“Adım anonim qalsın” kitabı gənc yaşında av-tomobil qəzasında dünyasını dəyişən, tanınmış jurnalist Şahin Ağabəylinin əziz xatirəsinə ithaf olunur. Biz onun-la çox yaxın dostlar olmamışıq. Amma uzaq da deyildik. Vaxtaşırı rastlaşardıq, aradabir internetdə hal-əhval tu-tardıq. Yaxın olmadıqları ilə də çox mehriban, səmimi davranan, çox jurnalistin qibtə etdiyi bir insan idi.

Və nədənsə, həmişə mənə “partizan” deyərdi. Adımla yox, məhz bu “partizan” ləqəbiylə çağırmasına öyrəşmişdim. Əvvəlcə incimişdim, çünki ləqəb taxmaq söhbətlərinə heç vaxt yaxşı baxmamışam.

O isə belə demişdi: “Sənə baxanda partizan gö-rürəm. Yaxşı mənada deyirəm, pisinə gəlməsin ha. İndi partizan ruhlu gənc tapmaq çox çətindir”…

Şahinə təşəkkür edirəm. Bu kitabı məhz “partizan” ləqəbinin təsiri ilə yazdım. Ümid edirəm, Şahinin eti-madını doğrulda biləcəyəm.

Kitabı burada yükləyə bilərsiz:

Adim_anonim_qalsin