RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI

Rus-Qacar müharibələrinin nəticəsi olan Gülüstan sülh müqavilələri əslində…

57

Rus-Qacar müharibələrinin nəticəsi olan Gülüstan (1813, oktyabr) və Türkmənçay (1828, fevral) sülh müqavilələri əslində Azərbaycan türklərinin bu bölgədə söz sahibi olma hüququnu zamanla itirməsinin başlanğıcıdır. Hər halda bu sülh müqavilələrinə yalnız Azərbaycan Türk torpaqlarının, eləcə də Azərbaycan Türklərinin iki yerə parçalanması kimi baxmaq doğru deyildir. Əslində burada bir Türk dövlətinin torpaqlarının bir qisminin, özəlliklə də həmin dövləti yaradan əsas qüvvənin (Qacarların) özünün də əsrlərboyu yaşadığı mühüm hissəsinin yad bir imperiya tərəfindən işğalı faktı baş vermişdi. Belə ki, Səfəvilər, Əfşarlar dövründə Azərbaycan Türk torpaqlarının işğalına nail ola bilməyən çar Rusiyası 19-cu əsrin ilk rübündə uzun sürən müharibələr sonunda Qacarları həmin müqavilələri bağlamağa məcbur edə bilmişdi.

Bizcə, Rusiya-Qacarlar arasında baş tutmuş ikinci (1804-1813) və üçüncü (1826-1828) müharibələr dövründə Qacarların hər ikisindən məğlub çıxmasında aşağıdakı bir sıra amillər mühüm rol oynamışdır:
1. Ağa Məhəmməd şah Qacara qarşı sui-qəsdin olması (1797) və Rusiyasnın bu məsələdə əsas təşkilatçılığı;
2. Şimali Azərbaycan Türk Xanlıqlarının 1796-1797, 1804-1813-cü il müharbələrində ikitirəliyi, özəlliklə rusyanlısı xanlıqların (Qarabağ və b.) bağışlanmaz xəyanətkarlıqları;
3. Qacarların Rusiyaya qarşı apardığı müharibələrdə xarici qüvvələrin, özəlliklə ingilislərin ikili mövqeyi;
4. Rus-Qacar müharibəsinin başlanğıcdakı vətən, millət ruhlu mübarizəsinin sonralar dini mahiyyət daşıması;
5. Qacarlara birləşdirilmiş İrandilli xalqların, o cümlədən farsların ikili tutumu;
6. Rusiyaya qarşı müharibələrdə Osmanlı-Qacarlar münasibətlərinin düzgün qurulmaması, bu etimadsızlıqda ingilislərin rolu. 
7. Çar Rusiyasının modern hərbi qüvvələrinə qarşı Qacarların yeni formalaşan qeyri-modern ordusu;
8. Qacarların Səfəvilərlə Əfşarlardan qalma əski imperiyalar üzərində qurmağa çalışdığı yeni dövlətçiliyilə müqayisədə çar Rusiyasının bir neçə əsrlik imperiya təcrübəsinin olması.

Bütün bunlar Rus-Qacar müharibəsinin taleyini həll edən əsas amillər olmuşdur. Özəlliklə, ikinci Rus-Qacar müharibəsinin gedişində xeyli dərəcədə üstünlük saxlamış Qacarların sonunda yenik düşməsinin başlıca səbəblərindən biri ingilislərin çoxüzlü siyasəti olmuşdur. Hər halda 1808-1810-cu illərdə Qacarlar Ruslarla döyüşdüyü bütün cəbhələrdə xeyli hərbi uğurlar əldə etsə də, ingilislərin Fransa əleyhinə Rusiya-İngiltərə ittifaqı yaratmasıyla bu uğurlar öz gerçək təsbitini tapmamışdı. İngilislərin Fransa əleyhinə Rusiyayla ittifaq bağladığı halda, Qacarların çarizm üzərində əsaslı qələbəsinə yardım etməsini gözləmək məntiqsizlik idi. Sadəcə, ingilislərin əsas məqsədi çar Rusiyasını müəyyən qədər zəif buraxmaqla, rusların istər Avropada, istərsə də Qafqazda çox irəliləməsinə əngəl olmaq idi.

Türkmənçay müqaviləsinə (1828, 10 fevral) qədər Azərbaycan türkləri öz milli dövlət və milli imperiyalarında (Azərbaycan Atəbəylar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Qacarlar vəb.) yaşayiblar. Yəni sovet tarixşünaslıgının uydurduğu kimi, heç vaxt kölə olmayib, azd yaşayib. Sadəcə, Səfəvilərin süqutundan sonra Nadir şahin Əfşarlar sülaləsi uzunömürlü olmadi. Bunda bəzi xanliqlarin (Qarabağ, Şəki vəb.) separatizmi, ermənilərin xəyanəti də mühüm rol oynadi. Sonra Qacarlarin qurucusu Ağa Məhəmməd Şah Qacar Azərbaycan Türk dövlətini bərpa etmək istədi. Yenə də bəzi xanliqlarin ikili oyunlari nəticəsində buna tam nail ola bilmədi. Sovet tarixində və ədəbiyyatinda Ağa Məhəmməd Şah Qacara olan qaryaxmalarin kökündə onun bu ərazidə Türk dövlət ənənələrini bərpa etmək istəməsi idi. Bu gün də bir Türk hökmdarinı təhqir edınlər türk-azərbaycanlı ola bilməz!
1918-ci ildə M.Ə.Rəsulzadə və onun silahdaşlari Azərbaycanın şimalinda Türk Cümhuriyyəti qurmaq və ona Azərbaycan adini verməklə Büötv Azərbaycanin təməlini qoymuşlar!!! Bizlər isə bunu gerçəkləşdirəcəyik!!!!! O gün uzaqda deyil!!!

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru 
Faiq Ələkbərli (Qəzənfəroğlu)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı