Rusiya alimləri yeni tip böyrək yaradıblar

Sağlamlıq üçün böyük təhlükə yaradan orqanların dəyişməsini tələb edən xəstəliklər var, amma bəzən belə insanlar əməliyyatları bir neçə ay və hətta illərlə gözləməlidirlər. Onda köməyə müxtəlif prosedurlar gəlir. Məsələn, böyrəklər sıradan çıxdıqda, yəni onlar funksiyasını yerinə yetirə bilmədikdə hemodializə müraciət edirlər. Bu, insanı xəstəxana çarpayısına bağlayan çox mürəkkəb prosedurdur. Amma bu yaxınlarda rusiyalı alimlər portativ və özü ilə daşına bilən süni böyrək funksiyalı aparat yaradıb və testdən keçiriblər.

AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, Moskva Elektrotexnika İnstitutunun (MEİ) alimlər qrupu gündə ən çox iki dəfə qanın təmizlənməsi üçün məhlulun dəyişməsini tələb edən aparat hazırlayıblar. Məsələ ondadır ki, hazırda qanın təmizlənməsinin iki üsulu – hemodializ və peritoneal dializ var. Birinci halda qanı ixtisaslaşdırılmış mərkəzlərdə insanın bədənindən kənar təmizləyirlər. Peritoneal dializdə bu, xəstənin qarın boşluğuna yerləşdirilən xüsusi məhlulun köməyi ilə edilir.

Aparat dializəedici məhlulun daimi regenerasiyasıyla peritoneal dializ üsulu ilə qanın təmizlənməsini həyata keçirir. Bu da məhlulun dəyişdirilməsi ehtiyacını gündə bir-iki dəfəyədək azaltmağa imkan verəcək. Artıq laboratoriyada və heyvan modelində aparatın test nümunəsinin müvəffəqiyyətli sınaqları keçirilib.

Qeyd edək ki, bu, MEİ-də hazırlanan ilk süni orqan deyil. Daha əvvəl mütəxəssislər ürək çatışmazlığının ağır formalarından əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulmuş “süni ürək” yaradıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here