Rusiya aviaşirkətinin Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reysləri ləğv olundu

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “VİM-Avia” şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb.

Qeyd olunur ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub.

İcazənin geri çağırılmasına səbəb müəyyən olunan müddətdə uçuşların həyata keçirilməməsi göstərilib.

Qeyd edək ki, “VİM-Avia” şirkəti ötən ilin oktyabr ayında borclarla əlaqədar müflis olduğunu elan etmişdi.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here