Rusiya Ermənistanı hədələdi: “Seçkilər bizim maraqlarımıza cavab verməzsə…”

“Ermənistanda keçiriləcək seçkilər Rusiyanın maraqlarına cavab verməyəcəyi təqdirdə, bu ən müxtəlif nəticələrə gətirib çıxara bilər”.

Bu fikri Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitənin sədrinin birinci müavini Konstantin Zatulin “Exo Moskva”ya açıqlamasında deyib.

“Ermənistanda düşünməlidirlər ki, baş nazir Nikol Paşinyan hansı seçimi edəcək? Əgər seçkilər Rusiyanı qane etməyəcək və narahat edəcək səviyyədə olacaqsa, o zaman baş nazirin hərəkətləri Rusiya tərəfdən tənqidlərə məruz qalacaq. O zaman seçkilərin nəticələri müxtəlif xarici və daxili situasiyalaran yaranmasına gətirib çıxara bilər”- K.Zatulin vurğulayıb.

Zatulin əlavə edib ki, bu gün Ermənistanın təhlükəsizliyini Rusiyanın bu ölkədki hərbi bazası, bu ölkəyə təhvil verdiyi silahlar, həmçinin KTMT-yə üzvlüyü təmin edir: “Belə olan halda, Rusiya ilə münasibətlərdə ən yüksək səviyyədə ehtiyatlı olmaq lazımdır ki, inam itməsin. Sözlərlə əməllər uyğun glməlidir”.

KTMT baş katibi Yuri Xaçaturovun həbsinə gəldikdə isə Zatulin deyib ki, baş katibin həbsi təşkilatın imicinə xələl gətirməyə bilər: “Lakin burada bir məsələ ortaya çıxır ki, bu da problemin KTMT-nin nizamnaməsinə uyğun olub-olmamasındadır. Çünki KTMT-də öhdəliklərin əsas yükünü Rusiya Federasiyası daşıyır”.

Avropa.info

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here