Rusiya Müdafiə Nazirliyi: Suriya büsbütün İŞİD-dən azad edildi

Suriya İŞİD terrorçularından tamamilə azad edilib. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib. Ordu generalının sözlərinə görə, bütün İŞİD quldur dəstələri məhv edilib.

“Suriya əraazisindəki İŞİD dəstələri məhv edilib, ərazi isə azad olunub, – Gerasimov deyib. – Bu gün briqada generalı Suhelin və 5-ci könüllü hücum korpusunun bölmələri Deyr-əz-Zor əyalətində qalan qanunsuz silahlı dəstələri məhv ediblər və Salihiyyə, Əl-Hreyta, Əl-Katya və Müsəllaha yaşayış məntəqələrini azad ediblər. Burada həmin dəstələr cənub istiqamətindən hücum edən hökumət qüvvələri ilə birləşiblər”.

Bu gün jurnalistlərlə söhbətində Rusiya prezidenti Vladimir Purin bildirib ki, Fərat çayının şərq və qərb sahillərində həyata keçirilən hərbi əməliyyat silahlıların tamamilə məhv edilməsi ilə nəticələnib.

virtualaz.org

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here