Rusiya Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazır olduğunu açıqlayıb

“Rusiya Ankaranın istəyi olacağı təqdirdə Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazırdır”.

“Report” RT-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) rəisi Dmitri Şuqaev bildirib.

“Türkiyə tərəfdən sistemlərimizə, aviasiya komplekslərimizə istək olacağı təqdirdə bunu nəzərdən keçirməyə hazırıq. “S-400″lərlə bağlı məsələyə müsbət cavab verib müqavilə imzaladığımız kimi, Türkiyə ilə digər texnikalar üzrə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazırıq”, – D.Şuqaev deyib.

Onun sözlərinə görə, hələlik Türkiyə Rusiyadan qırıcılar almaqla bağlı rəsmi Moskvaya müraciət etməyib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here