Rusiya yağış yarada biləcək avadanlıq istehsal edəcək

Rusiyada tezliklə yarım saat ərzində yağış yağdıra biləcək avadanlığın istehsal ediləcəyi gözlənilir.

“Rоstex” korporasiyası hidrometeoroloji proseslərə təsir göstərmək üçün xüsusi avadanlığın yaradıldığını elan ediblər. Texnologiyanın istehsalına 2017-ci ilin sonunda başlanılacaq. Yağış yarada biləcək bu qurğunun iş prinsipində yodlu gümüşdən istifadə olunub. Yaradılan vasitə artıq meşə yanğınlarının söndürülməsində sınaqdan keçirilib. Testlər uğurla başa çatıb.

Qurğudan kənd təsərrüfatında, eləcə də meşə yanğınları ilə mübarizədə geniş istifadə olunacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here