RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Rusiyada azərbaycanlı vitse-admiralın büstü qoyulacaq

16

Rusiyanın Baltiysk şəhərində azərbaycanlı vitse-admiral Həmid Qasımbəyovun büstünün qoyulması planlaşdırılır.

Bu məsələ Baltiysk şəhər dairəsi administrasiyasının rəhbəri Sergey Melnikovun bölgədəki Azərbaycan diasporunun rəhbəri Tofiq Rzayevlə görüşündə müzakirə edilib.

Büst 9 May – Qələbə Gününün 75-ci ildönümü ilə əlaqədar Çexov küçəsində quraşdırılacaq.

Həmid Həbib oğlu Qasımbəyov 1923-cü il mayın 3-də Naxçıvanda anadan olub.

O, İkinci Dünya müharibəsi veteranıdır. Baltiysk şəhərinin bərpası və inkişafına böyük töhfə verib.

Müxtəlif illərdə I dərəcəli Vətən müharibəsi, “Qırmızı Ulduz” ordenləri daxil olmaqla, 30-dan çox medalla təltif edilib.

Oxu.az xatırladır ki, H.Qasımbəyov 2005-ci il aprelin 22-də Bakıda vəfat edib.


Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı