Rusiyalı tarixçinin erməni terroru ilə bağlı hazırladığı petisiyaya Siz də QOŞULUN

Rusiyalı tarixçinin erməni terroru ilə bağlı hazırladığı petisiyaya Siz də QOŞULUN

Ermənilərin 1977-ci il yanvarın 8-də Moskva metrosunda törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırlanıb.

Trend-in məlumatına görə, petisiyanı rusiyalı tarixçi Oleq Kuznetsov hazırlayıb.

Xatırladaq ki, 40 il əvvəl – 1977-сi il yanvarın 8-də “Ermənistanın milli birləşmiş partiyası” adlı ekstremist qruplaşmanın üzvləri Stepan Zatikyan, Zaven Baqdasaryan və Akop Stepanyan Moskvanın “İzmaylovo” və “Pervomayskaya” metro stansiyaları arasında vaqonda partlayış törədiblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 37 nəfər isə xəsarət alıb.

Həmin vaxtdan bu cinayət işi ilə bağlı məhkəmə prosesi ictimaiyyətdən gizli saxlanıb. 1979-cu il yanvarın 30-da məhkəmə terrorçu ermənilər barəsində ölüm hökmü çıxarıb və onların hər üçü güllələnib.

Petisiyanı buradan imzalamaq olar.

https://www.change.org/p/%D0%BF%D1%80%D0%B5%D0%B4%D1%81%D0%B5%D0%B4%D0%B0%D1%82%D0%B5%D0%BB%D1%8E-%D0%B2%D0%B5%D1%80%D1%85%D0%BE%D0%B2%D0%BD%D0%BE%D0%B3%D0%BE-%D1%81%D1%83%D0%B4%D0%B0-%D1%80%D1%84-%D1%80%D0%B0%D1%81%D1%81%D0%B5%D0%BA%D1%80%D0%B5%D1%82%D0%B8%D1%82%D1%8C-%D0%B4%D0%B5%D0%BB%D0%BE-%D0%BE-%D0%B2%D0%B7%D1%80%D1%8B%D0%B2%D0%B5-%D0%B2-%D0%BC%D0%BE%D1%81%D0%BA%D0%BE%D0%B2%D1%81%D0%BA%D0%BE%D0%BC-%D0%BC%D0%B5%D1%82%D1%80%D0%BE-8-%D1%8F%D0%BD%D0%B2%D0%B0%D1%80%D1%8F-1977-%D0%B3%D0%BE%D0%B4%D0%B0?recruiter=644993255&utm_source=share_petition&utm_medium=whatsapp