Rusiyanın kosmik teleskopu ilə əlaqə kəsilib

Rusiyanın kosmosda yeganə teleskopu “Spektr-R” ilə rabitə itib. Bunu jurnalistlərə müsahibəsində Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Astrokosmos Mərkəzinin direktoru, akademik Nikolay Kardaşev bildirib.

“RİANovosti” agentliyi xəbər verir ki, akademik rabitənin bərpa olunması üçün təcili tədbirlər həyata keçirildiyini deyib. Onun sözlərinə görə, kosmik teleskopun bəzi hissələri sıradan çıxıb və siqnalların bir qismi yox olub. Kardaşev teleskopla əlaqənin tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu bildirib.

N.Kardaşev əlavə edib ki, kosmik teleskop Yerdən komandaları qəbul etmir, lakin kosmosdan məlumatlar ötürə bilir. İkitərəfli rabitə əlaqəsinin bərpa olunması üçün bir neçə cəhdin uğursuzluqla nəticələndiyini deyən akademik diqqətə çatdırıb ki, “Spektr-R”in qarantiya müddəti iki il əvvəl başa çatıb. N.Kardaşev vurğulayıb: “Peykin tamamilə məhv olmadığı qənaətindəyik, lakin əlaqənin bərpası baş tutmazsa, biz onun vasitəsilə həyata keçirilən “Radioastron” layihəsini dayandırmalı olacağıq.

“Roskosmos” agentliyindən bildiriblər ki, 2016-cı ildə teleskopun fəaliyyətinin dayandırılması nəzərdə tutulurdu, lakin onun fəaliyyət müddəti 2019-cu il avqustun 31-dək uzadılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here