RYTN “Texnologiyalar və biz” adlı foto müsabiqə elan edir

Rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar “Texnologiyalar və biz” adlı ən yaxşı foto müsabiqəsi

ELAN
Müsabiqənin məqsədi

Dialoq.info xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun  dinamik inkişafı, əldə edilən uğurlar və həyata keçirilən genişmiqyaslı işlər barədə ictimaiyyəti məlumatlandırmaq, insanları gündəlik həyatlarında internet,  yeni texnologiyalar, elektron həllər və xidmətlərdən istifadəyə təşviq edərək, onların bu proseslərdə iştiraklarını stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə üzrə istiqamətlər aşağıdakı sahələri əhatə edir:

 

İnternetin həyatımızda rolu

İKT-nin cəmiyyətdə rolu

Yüksək texnologiyalar və biz

“Elektron hökumət”in üstünlükləri

 

Müsabiqədə iştirak

Müsabiqədə hər kəs iştirak edə bilər.
Müsabiqəyə təqdim olunan fotolara aid tələblər
1.Təqdim edilmiş foto mövzulardan birinə uyğun olmalıdır.

2. Təqdim olunacaq foto “jpg.file”  formatında “[email protected]” elektron ünvanına təqdim olunmalıdır. Şəkillərin ölçüsü 2000х1500 px-dən az olmamalıdır.

3. Bir şəxs tərəfindən maksimum 3 fotonun müsabiqədə iştirakı təmin edilir. Müəllif hüquqları şübhə doğuran fotolar müsabiqədə iştirak etməyəcək. Müsabiqəyə foto təqdim edən şəxsin adı, soyadı, ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və əlaqə telefonu göstərilməlidir.

4. Müsabiqə 20 oktyabr 2014-cü il tarixində başlayır, 20 noyabr 2014-cü il tarixində başa çatır.

 

Müsabiqənin mükafat fondu:
I yer – 1000 manat
II yer – 750 manat
III yer – 500 manat
Həvəsləndirici mükafatlar

Fotolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri “www.mincom.gov.az” saytında dərc olunacaq.

Qaliblər həmçinin Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xüsusi diplomu ilə təltif olunacaqlar.

Fotoların təqdim olunma tarixi:  20 oktyabr – 20 noyabr 2014-cü il

Ünvan: Bakı şəhəri,

Əlaqə telefonları: (012) 598-07-35

Elektron ünvan: “[email protected]
Müsabiqə barədə məlumatı “http://www.mincom.gov.az” saytından, eləcə də RYTN-in Mətbuat xidmətindən əldə etmək olar.