RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.09.11 12:21

“Şəfəq-Asiman” blokunda ilk quyunu Heydər Əliyev adına yarımdalma qazma qurğusu qazacaq

27

“Şəfəq-Asiman” blokunda kəşfiyyat quyusunun qazılmasına gələn ay başlanılacaq.

Dialoq.info Repord.az-a istinadən xəbər verir ki, bunu “BP” şirkətinin nümayəndəsi Hendrik Yan De Yonq (Hendrik Jan De Jong) deyib.

H.Y.D.Yonqun sözlərinə görə, quyunun qazılması 1 il çəkəcək: “Qazma işlərinə 2019-cu ilin son rübündə başlamağı düşünürük. Qazma prosesi Heydər Əliyev adına yarımdalma qazma qurğusu ilə həyata keçiriləcək. Proses ümumilikdə 12 ay çəkəcək. Bu ilin avqustunda hökumətə təklif edilən Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) hesabatında da müəyyən edilib ki, qalıq ekoloji və sosial-iqtisadi təsirlərin az yaxud cüzi olduğu müəyyən edilib”.

BP rəsmisi deyib ki, burada iki qəza halı nəzərdə tutulub. Onlardan birincisi gəmilərin toqquşmasından qəza halları, ikincisi isə karbohidrogen ehtiyatların yayılmasından ibarət qəza hallarıdır.

Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı