Səfirlik: Qazaxıstanlı iş adamı Şuşada məscid tikintisini maliyyələşdirməyib

Qazaxıstanlı iş adamı Kayrat Boranbayev Şuşa şəhərində məscid tikintisini maliyyələşdirməyib.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, K.Boranbayev heç vaxt Dağlıq Qarabağa səfər etməyib və orada hər hansı layihənin maliyyələşdirilməsini planlaşdırmayıb və həyata keçirməyib.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan mətbuatında yerli sahibkar, “Forbes” jurnalının versiyasına əsasən ölkənin 50 ən varlı şəxsi sırasında yer alan Kayrat Boranbayevin hazırda Ermənistanın işğalı altında Azərbaycanın Şuşa şəhərində Yuxarı məscidin bərpasını maliyyələşdirmək niyyətində olduğunu yazmışdı.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here