Şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş sənədli film təqdim edilib

Yanvarın 12-də Xəzər Rayon İcra Hakimiyyəti və rayonun Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şağan qəsəbəsindəki 124 nömrəli tam orta məktəbdə şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib.

İcra hakimiyyətindən verilən məlumata görə, təqdimat mərasimində Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, məktəbin direktoru Sevda Abdullayeva və başqaları çıxış edərək şəhidlik zirvəsinə yüksələn igid döyüşçünün keçdiyi ömür yolundan, göstərdiyi qəhrəmanlıq nümunəsindən danışıblar.

Sonra şagirdlərin ifasında şəhidin xatirəsinə həsr olunmuş əbədi-bədii kompozisiya təqdim olunub və sənədli film nümayiş edilib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here