RESPONSIVE LEADERBOARD AD AREA
SAĞLAMLIQ 2019.11.05 13:19

Səhiyyə Nazirliyi: “Hər bir şikayət dərhal araşdırılacaq”

23

Səhiyyə Nazirliyi son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində yer alan keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlara aydınlıq gətirib.

Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Mərkəzə vətəndaşlardan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmayıb.

“Tövsiyyə edilir ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına ([email protected]) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər. Hər bir şikayət dərhal araşdırılacaq”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı