Səhnədə gənc istedadlardır

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dekabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Gənc istedadlar” adlı konsert olub.

Konsertdə respublika və beynəlxalq müsabiqələrin laureatları, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının və Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin tələbələri çıxış ediblər.

Gecədə Azərbaycan və dünya musiqisi klassiklərinin əsərləri səslənib. Tamaşaçılar gənc artistlərin çıxışlarını böyük maraqla qarşılayıblar.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here