Şəhriyar Bəhmənov – Müəllim

Şəhriyar Bəhmənov

Müəllim
Çəkib üstümüzdə xeyli zəhməti,
Müqəddəs sayılır onun sənəti,
Unutmaq olarmı o şəxsiyyəti?!
Bizə bilik verən əziz müəllim!

Həvəslə öyrətdin sən bizə savad,
Dedin ki, bilikdir insana qanad,
Borcluyam etməyə sizləri mən yad
Bizə bilik verən əziz müəllim!

Müəllim sanki bir valideyn kimi,
Hər bir çətin yolda tutdun əlimi,
Tanrı hifz eyləsin müəllimimi,
Bizə bilik verən əziz müəllim!

Müəllim işıqdır, işıq var olsun!
Nadana, cahilə dünya dar olsun!
O hər bir cəhətdən bəxtiyar olsun!
Bizə bilik verən əziz müəllim!