RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Səməd Vurğun poeziya mərkəzi”nin yaradılmasına həsr olunmuş “dəyirmi masa” keçirilib

18

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin X.B.Natəvan adına 4 №-li kitabxana filialında “Səməd Vurğun poeziya mərkəzi”nin yaradılması ilə əlaqədar “dəyirmi masa” təşkil olundu. Mərkəzin rəhbəri, şair-publisist Zərəngiz Dəmirçi Qayalı unudulmaz Xalq şairi Səməd Vurğunun Azərbaycan poeziyasında müstəsna xidmətlərindən söhbət açdı. Böyük şairin ədəbi məktəb yaratdığını bildirdi. Ölkəmizdə şairin xatirəsinə böyük ehtiram bəsləndiyini vurğuladı. O, bildirdi ki, “Səməd Vurğun poeziya mərkəzi”nin toplantıları ayda iki dəfə keçiriləcək.

Poeziya mərkəzinin əsas məqsədi – poeziyanı oxucular arasında daha geniş təbliğ etmək, mütaliəyə marağını artırmaqdır.

Tehrandan gəlmiş qonaq Mehnaz Xadim, Təbrizdə nəşr olunan “Mişov dağı” toplusunun təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, kitabxanaçı Hilanə Babayeva çıxışlarında bildirdilər ki, Səməd Vurğunun yaradıcılığı bu gün də dünya xalqları tərəfindən sevilir və təbliğ olunur. Onun çoxsaylı poemaları, dram əsərləri müasir dövrdə də aktualdır.

Sonda kitabxananın fəal oxucularının ifasında Səməd Vurğunun əsərlərindən “Deyilən söz yadigardır” ədəbi-bədii kompozisiya nümayiş olundu.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı