Səmərəli qarşıdurma və ya münaqişədən necə faydalana bilərsiz

Səmərəli qarşıdurma və ya münaqişədən necə faydalana bilərsiz

Qəzəb, qorxu, ümidsizlik və məyusluq – münaqişələr həmişə güclü mənfi emosiyalarla müşayiət olunur. Bizimçün acı və üzücüdür, biz istəyirik ki, bu tezliklə sona çatsın. Lakin istənilən münaqişə zamanı konstruktiv başlanğıc var ki, o inkişaf üçün təkan ola bilər. Bu münaqişələrin təbiəti və onlar zamanı davranışların strategiyası haqqında ətraflı öyrənmək barədə məlumatı sizə təqdim edirik.

Münaqişə nədir

Psixoloqlar, filosoflar, politoloqlar və sosioloqlar münaqişələrin öyrənilməsi ilə məşğul olurlar. Hətta ayrıca dissiplin olan – konfliktologiya mövcüddur. Elmi ədəbiyyatda “münaqişə” anlayışının onlarla tərifi verilir. Onlardan ən tipik olanı budur:

Münaqişə – maraqlarda yaranmış ziddiyyətlərin kəskin həlli üsuludur. Bu ziddiyyətlər ayrı-ayrı insanlar (şəxsiyyətlərarası münaqişələr) və ya onların qrupları (qruplararası münaqişələr) arasında yarana bilər, həmçinin fərdin daxilində (şəxsiyyətdaxili münaqişələr) meydana çıxa bilər.

Hətta XX əsrin ortalarına qədər elmi mühitdə və ictimai şüurda münaqişələrə mənfi münasibət üstünlük təşkil edirdi. Hesab edilirdi ki, onlar düşmənçilik və aqressiya daşıyırlar, , sosial əlaqələri dağıdır, və ona görə münaqişələrdən çəkinmək daha yaxşıdır.

1956-cı ildə Lewis Kozerin (Lewis Coser) “Sosial münaqişənin funksiyaları” adlı kitabı çıxdı. O, ABŞ-da bestseller oldu. Qeorq Simmelin (Georg Simmel) fəlsəfi fikirlərinə arxalanaraq, sosioloq, belə qənaətə gəldi ki, cəmiyyətdə sosial qeyri-bərabərlik və bu zəmində münaqişələr qaçılmazdır və münaqişə ziddiyyətlərin həlli üsulu kimi faydalıdır.

Münaqişə, əməkdaşlıq kimi, sosial funksiyalara malikdir. Münaqişənin müəyyən səviyyəsi heç də mütləq disfunksional deyil, hətta qrupun təşkilatlanması, həm də davamlı olması prosesinin mühüm tərkib hissəsi sayılır.

Amerikalı psixoloq, münaqişələrin həlli nəzəriyyəsinin banisi Morton Doyç (Morton Deutsch), daha da irəliyə getdi. O qarşıdurmaları destruktiv və məhsuldar formalara ayırdı. Dağıdıcı (destruktiv) münaqişələrdə vəziyyət daim kəskinləşir, iştirakçıların sayı artır, mübarizə üsulları sərtləşdirilir. Məhsuldar münaqişələr, əksinə, problemin həllinə kömək edir.

Müasir psixologiya münaqişələri konstruktiv məcrada nəzərdən keçirir. Hesab edilir ki, əgər onları necə idarə etmək olar öyrənilsə, onlardan faydalanmaq olar.

Münaqişələrin pozitiv funksiyaları

  1. Gərginlikdən azad olma. Daimi stress səbəbindən hər birimizin daxilində, yavaşıdılmış «bomba» mövcuddur. Əgər emosiyalara çıxış verməsək, “partlama” ola bilər. Kiçik münaqişələr daxili gərginliyi aradan qaldırmağa kömək edir və cəmiyyətə qarşı zidd hərəkətlərin qarşısını alır.
  2. “Maskaların” soyulması. Münaqişəli vəziyyətdə insanın iç üzü açılır. Hətta yaxın dost tamamilə naməlum tərəflərini, özü də həmişə heçdə yaxşı olmayanını göstərə bilər. Sosial münaqişələr insanlara daha yaxşı bələd olmağı və ünsiyyət dairəsini daha mükəmməl formalaşdırmağı öyrədirlər.
  3. Birləşmək. Əgər söhbət qruparası qarşıdurma və ya şəxsiyyət və qrup arasında münaqişədən gedirsə, o zaman mübarizə sosial özəyin üzvlərini birləşdirir. Ümumi maraqlar və ümumi “düşmən” kollektivi birləşdirir.
  4. Yaxşılaşmağa stimul. Münaqişə – bunu göstərir ki, münasibətlər «dalana dirənib» və onları qorumaq üçün, öz üzərində işləmək lazımdır. Sağlam düşüncəli insan üçün bu münaqişəli vəziyyət – inkişafa təkandır.

Münaqişədə özünü necə aparmalı

Münaqişə hansı ssenari üzrə – destruktiv və ya faydalı – inkişaf etməsi, iştirakçıların davranışından asılıdır.

Amerikan psixoloqları Kennet Tomas (Kenneth Thomas) və Ralf Kilman (Ralph Kilmann) münaqişə zamanı insan davranışının strategiyasının iki ölçülü modelini hazırlayıblar. Onlar bununla əsaslanırdırırlar ki, istənilən sosial münaqişə zamanı hər bir iştirakçı öz maraqlarını rəqibin maraqları ilə dəyərləndirir və əlaqələndirir, və qarşılıqlı münasibət strategiyaları kimi isə beş əsas yolları qeyd edirlər. Bu, qaçınma, güzəştə getmə, mübarizə, kompromis və əməkdaşlıqdır.

Strategi

Qaçınma (və ya boyun qaçırma) onunla səciyyələnir ki, insan öz baxışlarını müdafiə etmək və mübahisələrdə iştirak etmək istəmir. Ona problemdən qaçmaq daha asandır “özünüz aydınlaşdırın”. Belə davranış o zaman haqlı hesab olunur ki, münaqişənin predmeti o qədər cüzidir ki, vaxt və qüvvə xərcləməyə dəyməz.

Güzəştə getmə – bu strategiya zamanı şəxsiyyət öz maraqlarını rəqib maraqlarının xeyrinə qurban verməyə hazırdır. Buna özünə inamsızlıq və ya aşağı öz-özünə qiymət vermə səbəb ola bilər. Bu davranış modeli münaqişənin iştirakçısı rəqibi ilə qarşılıqlı münasibətlərin dəyərini vurğulamaq istədiyi halda normal sayılır.

Mübarizə (və ya məcburiyyət) vəziyyətində insan belə düşünür: “Mənim fikrim və səhv fikir var”. O, opponenti susdurmaq üçün bütün gücünü, əlaqələr və nüfuzundan istifadə edir. Burada: «Ya sən mənə tabe olacaqsan ya da əlvida» prinsipi fəaliyyət göstərir.

Əgər bir tərəf müəyyən mənada digər tərəfin nöqteyi-nəzərini qəbul edirsə, kompromisdən danışmaq olar. Əslində, bu, qarşılıqlı güzəştlər strategiyasıdır ki, hər bir iştirakçı öz maraqlarının yalnız bir hissəsini təmin edir və nəticəsində balans əldə olunur. Şəxsiyyət qabiliyyəti kompromisə yüksək qiymətləndirilir. Lakin belə qərarların natamamlığına görə kompromis tez-tez yeni münaqişələrə gətirir.

Beşinci strategiya – əməkdaşlıq. Burada rəqiblər bir-birinə hörmət edirlər. «Qara» və «ağ» haqqında təsəvvürlər hərənin özünə görədir deməli opponentin maraqları ilə hesablaşmaq lazımdır. Tərəflər dialoqa hazırdır və ümumi, hərkəsi qane edən, problemin həlli axtarılır.

Münaqişənin iştirakçıları nadir hallarda hansısa bir strategiyanı tuturlar. Bir qayda olaraq, davranış modelləri biri digərini əvəz edir.

Psixoloqun şərhi:

İstənilən münaqişə – şəxsi mənafeləri müdafiə etmək və opponentin nöqteyi-nəzərini dinləməyi və başa düşməyi istəməməkdir. Ancaq problemli vəziyyətin həlli üçün lazımdır ki, bir tərəf (ən yaxşı vəziyyətdə hər ikisi) bu qarşıdurmanın perspektivsiz olduğunu dərk etsin və onu dayandırmağa hazır olsun.

Tərəflər arasında razılıq əldə edilməsi üçün ən böyük maneə rəqibinə qarşı mənfi münasibətdir. Bu o deməkdir ki, münaqişənin həllinə doğru ilk addım – ziddiyyətlərin olduğunu etiraf etmək, və vəziyyətin təkcə pis deyil, həm də müsbət cəhətlərinin olmasını qəbul etməkdir.

Любое противостояние может быть продуктивным. Чтобы конфликтная ситуация принесла пользу, выбирайте правильную стратегию поведения. Злиться — это нормально. Но важно вовремя взять себя в руки, увидеть возможности для развития и перейти к сотрудничеству.

İstənilən qarşıdurma səmərəli ola bilər. Konfliktin xeyirli olması üçün davranış strategiyasını düzgün seçin. Qəzəblənmək normaldır. Amma əsası vaxtında özünü ələ almaq, inkişaf imkanlarını görmək və əməkdaşlığa keçməkdir

 

Mənbə: https://lifehacker.ru/2016/07/14/produktivny-j-protivostoyanie-ili-kak-izvlech-pol-zu-iz-konflikta/.