RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

Sənəd Qəbulu Başlanır

438

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edir. Ərizələrinin qəbulu mayın 5-dən 18-dək aparılır.

Ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər.

Ərizə qəbulunun tam mətni ilə tanış olmaq üçünhttp://tqdk.gov.az/news/bachelor/1280/ linkinə daxil olun.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı