Şərq Tərəfdaşlığı proqramı çərçivəsində icra olunan layihənin yekun konfransı keçirilib

Gəncə şəhərində Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq  mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin yekun konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov tədbirin məqsədi və proqramı haqqında konfrns iştirakçılarına məlumat verib. Mehman Xəlilov bildirib ki, əlilliyi olan şəxslər xüsusilə, sağlamlıq imkanları məhdud olan uşaqlar ölkəmizdə ən həssas qruplardan birini təşkil edir, məhs bu səbəbdən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası dövlətimizin sosial siyasətinin əsas prioritet sahələrindən birini təşkil edir.  Sonra Mehman Xəlilov həyata keçirilən bu layihə çərçivəsində icra olunan fəaliyyətlərin  sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyasına  və sosial inkluzivliyinin artırılmasına əlavə bir dəyər gətirdiyini vurğulayıb.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Gəncə-Qazax bölgəsi üzrə koordinatoru Fariz Qarayev Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən  bu layihənin uğurlu nəticələrini qeyd edib və konfransın gedişatı haqqında təəssüratlarını bölüşərək tədbir iştirakçılarına uğurlar arzulayıb. Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Fazilqızı çıxış edərək icra olunan bu layihənin ictimai əhəmiyyətini vurğulayıb, eyni zamanda o, layihə icrası ilə bağlı vacib olan təşkilati dəstəyin göstərildiyini qeyd edərək layihə komandasına və  konfrans iştirakçılarına uğurlar arzu edib.

Daha sonra, layihə rəhbəri Mehman Xəlilov çıxış edərək layihə çərçivəsində 60 nəfər uşağın kompyuter sahəsində bilik və bacarıqlarının genişləndirildiyini, 25 nəfər yeniyetmə və gəncin Karyera ilə bağlı məlumatlığının artırıldığını , 62 nəfər uşağın layihə çərçivəsində təşkil edilmiş reabilitasiya xidmətlərindən yararlandığını, 40 uşaq və gəncin, həmçinin 60 valideynin psixoloji məsləhət xidmətlərindən yararlandığını, 61 nəfər uşağın  musiqi, incəsənət və əl işləri məşğələlərindən bəhrələndiyini, 50 nəfər uşağın idman və fiziki terapiya xidmətlərindən yaralandığını və ümumilikdə 213 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqların layihədən birbaşa bəhrələndiklərini konfrans iştirakçılarının qiqqətinə çatdırıb. Sonra “Əlilliyi olan şəxslər üçün mərkəz”in (Gürcüstan) direktoru  Nana Zerekidze və UAFA-nın layihə üzrə koordinatoru Sevinc Rzayeva layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin uğurlu nəticələri barəsində şıxış edərək konfrans iştirakçılarına geniş məlumat veriblər. Layihə üzrə UAFA-nın Gəncə İƏRM-nin koordinatoru Rəzalə Abbasova layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə keçirilən tədbirlərin təşkilinə hökumət strukturlarının və özəl sektorun dəstəyinin əhəmiyyəti haqqında, Gəncə Dövlət Universitetinin psixoloqu İlham Məmmədov layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların valideynlərinə  psixoloji dəstək vasitəsilə göstərilən sosial xidmətlərin müsbət nəticələri barəsində və layihədən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin valideynləri Əsgər Məmmədov və Sahibə Eminova tərəfindən layihənin sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin özünəinam hissinin, sosial inluzivliyinin və ümumi inkişafının gücləndirilməsinə müsbət təsiri, həmçinin bu kimi layihələrin davamlı olmasının vacibliyi ilə bağlı çıxışlar ediblər. 50 nəfər müvafiq yerli hökümət orqanları, biznes strukturları, vətəndaş cəmiyyəti təsisatları, media və layihənin idarəedici qurumunun (GİZ) nümayəndələrinin, həmcinin tərəfdaş təşkilatlar olan “Əlilliyi olan şəxslər üçün mərkəz”in (Gürcüstan), UAFA-nın (Azərbaycan) nümayəndələrinin  və xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin valideynlərinin iştirakı ilə  həyata keçirilən konfransda layihə icrası nəticəsində əldə olunan uğurlu nəticələr barəsində ictimaiyyət geniş təbəqəsi məlumatlandırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here