“Səyyar muzey” İmişlinin Örcələr kəndində olub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”-ndə Xocavənd rayon Tuğ kənd 1 saylı tam orta məktəbi tərəfindən qalib olmuş “Səyyar muzey” layihəsi çərçivəsində İmişli rayonunun Örcələr kəndinə səfər təşkil edilib.

Səfər zamanı xüsusi hazırlanmış “Səyyar muzey” avtobusu ilə Örcələr kəndinə daşınmış eksponatlar və informativ plakatlar da nümayiş etdirilib. Bütün əşyalar haqqında məlumat verilib və şagirdlərin diqqətini cəlb etməyi bacarıb.

Konfransı giriş sözü ilə açan layihə rəhbəri Oqtay Göyüşov layihə haqqında geniş məlumat verib və layihənin əhəmiyyətindən söz açıb.

Digər çıxış edənlər – məktəbin direktor müavini Mirsalah Mirsalahov, İmişli Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Vilayət Əliyev və başqaları tədbirin mahiyyəti, bu sahədə aparılan məqsədyönlü işlər haqqında danışıblar. Konfrans layihə əməkdaşları – Mürsəl Behbudlu və Elşad Haqverdiyevin çıxışları ilə davam edib. Auditoriya ilə qarşılıqlı müzakirə əsasında qurulan konfrans maraqlı diskussiya şəraitində keçib. Konfransın sual-cavab bölümündə suallara aktiv və əsaslandırılmış cavablar verən şagirdlər “Ən fəal iştirakçı” sertifikatı ilə təltif olunublar. Şagirdlərə bukletlər, məlumat kitabçası, müxtəlif dəftərxana ləvazimatları paylanıb.

Sonda maraqlı şagird və müəllimlərdən ibarət “Könüllü tarixçilər” qrupu yaradılıb. Xatirə şəkli çəkilib və bununla da tədbir işini yekunlaşdırıb.

Qeyd edək ki, layihə çərçivəsində Beyləqan, Xocavənd, Füzuli, İmişli rayonlarının əvvəlcədən müəyyən edilmiş 4 kəndinə “Səyyar muzey”in səfəri təşki ediləcək. Bu səfərlərdə qədim əşyalar, sənətkarlıq nümunələri, milli geyimlər, bədii sənət abidələri, qədim əlyazma nümunələri nümayiş etdiriləcək, erməni vəhşiliyinin qurbanı olmuş mədəni irsimiz haqqında əhaliyə geniş məlumatlar veriləcək, məlumat bannerləri nümayiş etdiriləcək, beynəlxalq təcrübədə muzeylərin ölkənin həyatındakı rolu istiqamətində video-roliklər nümayiş olunacaq.

Layihənin əsas məqsədi “səyyar muzeylər” vasitəsi ilə məktəblər arasında mədəni irsimizin kompleks şəkildə təbliğinə dəstək verməkdən və muzeylərin mahiyyətini aşılamaqla onlarda xüsusi marağın oyadılmasından ibarətdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here