“Səyyar muzey” Lələtəpənin bir addımlığında

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə  Xocavənd rayon Tuğ kənd 1 saylı tam orta məktəbi tərəfindən qalib olmuş “Səyyar muzey” layihəsi çərçivəsində Füzuli rayonunun ən ucqar kəndlərindən biri olan Qazaxlar kəndinə səfər təşkil edilib.
Aprel döyüşlərinin əsas qalibiyyət məkanı olan Lələtəpənin bir addımlığında yerləşən Qazaxlar kənd tam orta məktəbinin müəllim və şagird kollektivi yüksək motivasiya ilə tədbirə qatılıblar. Məktəbin girişində xüsusi hazırlanmış məkanda  “Səyyar muzey” avtobusu ilə daşınmış eksponatlar və informativ plakatlar nümayiş etdirilib.
Sərgi zamanı çıxış edən layihə koordinatoru Elşad Haqverdiyev, ekspert Mürsəl Behbudlu, məktəbin direktoru TəranəCəfərova, və digər qonaqlar layihənin əhəmiyyəti, bu sahədə aparılan məqsədyönlü işlər haqqında danışıblar. Sərgi zamanı suallara aktiv və əsaslandırılmış cavablar verən şagirdlər “Ən fəal iştirakçı” sertifikatı ilə təltif olunublar. Şagirdlərə bukletlər, məlumat kitabçası, müxtəlif dəftərxana ləvazimatları paylanıb.
Sonda maraqlı şagird vəmüəllimlərdən ibarət “Könüllü tarixçilər” qrupu yaradılıb. Xatirəşəkli çəkilib və bununla da tədbir işini yekunlaşdırıb. Layihənin əsas məqsədi “səyyar muzeylər” vasitəsi ilə məktəblər arasında mədəni irsimizin kompleks şəkildə təbliğinə dəstək verməkdən və muzeylərin mahiyyətini aşılamaqla onlarda xüsusi marağın oyadılmasından ibarətdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here