RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“SABAH LİVE” videoçarx müsaqibəsi

795

“SABAH LIVE” müsabiqəsi ilə kreativliyin sənə dəyərli hədiyyə qazandırsın! “SABAH-ın Könüllüsü”nü əks etdirən videonu çək, paylaş, qalib ol! “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet və ekskluziv hədiyyə paketi qazan! Qaliblər sırasında ol!

“SABAH LIVE”

“SABAH LIVE” “SABAH-ın Könüllüsü”nün təşkil etdiyi video müsabiqədir. Müsabiqənin məqsədi həvəskar video-çarxlar vasitəsi ilə “Bakı 2015” 1-ci Avropa Oyunları ərəfəsində “SABAH-ın Könüllüsü”nün fəaliyyətinin və könüllülərinin yaradıcılığının nümayiş olunmasıdır. Müsabiqədə SABAH qruplarının fəaliyyət göstərdiyi 7 ali təhsil müəsisəsinin tələbəsi olan və “SABAH-ın Könüllüsü” proqramında qeydiyyatdan keçmiş könüllülər iştirak edə bilər. Müsabiqənin qalibləri “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet və xüsusi hədiyyə paketi əldə edəcək!

Müsabiqəyə aid paylaşımlar “SABAH “Bakı 2015” 1-ci Avropa Oyunlarıdır” ifadəsini ehtiva edən #SABAH #BAKU2015 – dir rəsmi tashtağları ilə paylaşılacaq.

MÜSABİQƏNİN TƏŞKİLİ

İştirakçılar tərəfindən qeyd olunan mövzuda video-çarx hazırlanaraq təşkilatçılara təqdim olunacaq;
Video-çarxın göstərilən standartlara uyğunluğu yoxlanılacaq və video-çarx SABAH-ın rəsmi səhifəsində yerləşdiriləcək;
İlk mərhələdə qalib ən çox bəyənilən (like) və baxılan (view) 5 video çarx seçiləcək və müsiflər heyətinə təqdim olunacaq (baxış sayları bərabər olduğu təqdirdə “like”-lərin sayı nəzərə alınacaq);
Supervayzerlərdən ibarət müsiflər tərəfindən qalib seçiləcək;

VİDEO-ÇARXIN TƏQDİM OLUNMASI

Video-çarxı onlayn köçürmə (nümunə: wetransfer.com transfer) platformaları və ya yükləmə platformaları ( nümunə: boxca.az) vasitəsi ilə [email protected] elektron ünvanına “Sabah Live” başlığı altında videonun müəllifininin adını, soyadını, təhsil aldığı Baza Ali Təhsil Müəssisəsini, ixtisasını və qrupunu qeyd etməklə göndərə;
Və ya elektron informasiya daşıyıcıları (flaşkart, disk və ya “hard” diskə yazılmış halda) vasitəsi ilə Gənclər Evinə təqdim edə bilərsiniz. Gənclər Evinin ünvanı : Bakı şəhəri, Süleyman Rüstəm küç. 15 H;

MÜSABİQƏNİN ŞƏRTLƏRİ:

Müsabiqədə yalnız “SABAH-ın Könüllüsü” Proqramından qeydiyyatdan keçmiş SABAH qruplarının tələbələri iştirak edə bilərlər;
Müsabiqədə həvəskar videolar iştirak edir;
Müsabiqədə əvvəlcədən ictimaiyyətə təqdim olunmamış video-çarxlar iştirak edir;
Təqdim edilən videoların müddəti 2 dəqiqədən çox olmamalıdır;
Video-çarxlar “SABAH-ın Könüllüsü”nün “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini ifadə etməlidir;
Videoçarxlar mütləq şəkildə SABAH qruplarının rəsmi logosu istifadə olunmalıdır. Logo istifadə olunarkən rəsmi istifadə qaydaları ilə tanış olun:http://edu.gov.az/view.php?lang=az&menu=2&id=10068)
Müsabiqədə yalnız rəsmi səhifədə yerləşdirilmiş video-lara gələn baxış sayları və “like”lər nəzərə alınır;
Hər hansı qurum və ya şəxsləri təhqir edən, müsabiqənin məzmununa uyğun gəlməyən videolar müsabiqəyə buraxılmır;
Video-çarxın təqdim olunması təşkilatçılara bütün tədbirlərdə video-çarxın istifadəsi hüququnu verir;
Video-çarxlar təqdim olunarkən yüksək keyfiyyətdə 720px480p, 1080p x720p ölçüsündə təqdim olunmalıdır;
Süni yollar vasitəsi ilə hər hansı video-çarxın göstəriciləri artırılarsa o video-çarx yarışmadan müsabiqədən kənarlaşdırılır;

Videoların son təqdim olunma vaxtı 22 aprel 2015-ci il tarixi saat 18:00-dır.

Əlaqələndirici şəxs:
İlhamə Qasımzadə
055 625 59 79
[email protected]

Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin, akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı